Finss.az - Azercosmos Süni İntellekt Mühəndisi axtarır. Namizəd kompüter görməsi (Computer Vision) sahəsində dərin təcrübəyə malik olmalı və maşın öyrənməsi (Machine Learning) layihələrinin bütün mərhələlərində iştirak etməlidir.
Vəzifəyə daxil olan əsas öhdəliklər:
- Peyk təsvirlərinin analizi üçün “state-of-the-art” dərin öyrənmə modellərinin dizaynı və tətbiqi,
- Genişmiqyaslı geofəza məlumatlarının emalı üçün dayanıqlı məlumat konveyerlərinin hazırlanması,
- Modellərin optimallaşdırılması və istehsalat mühitində tətbiqi,
- Məlumat dəstələrinin yoxlanılması və təmizlənməsi,
- Çoxprofilli komandalarla əməkdaşlıq.
Namizəd üçün tələblər:
- Python proqramlaşdırma bacarığı,
- TensorFlow və ya PyTorch kimi dərin öyrənmə kitabxanaları ilə təcrübə,
- Obyekt aşkarlanması və təsvir seqmentasiyası üzrə biliklər,
- Güclü riyazi qabiliyyət,
- Kompüter elmləri, mühəndislik, riyaziyyat, fizika və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi.
Üstünlük verilən keyfiyyətlər:
- GeoTIFF və digər geofəza məlumat formatları ilə iş təcrübəsi,
- Bulud hesablama platformaları ilə təcrübə,
- SAR və multispektral təsvirlərlə iş təcrübəsi.
İş qrafiki: Bazar ertəsi-Cümə, 09:00-18:00. Hesabatlılıq: Süni İntellekt bölməsinin rəhbərinə.
Müraciət üçün: [email protected]